Bakı kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu
1 min read

Bakı kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb.

Canlixeber.com xəbər verir ki, hadisə kollecin “Gənclik korpusu”nun həyətində qeydə alınıb.

Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.