Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək
1 min read

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək

Artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.