Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri həyata keçiriləcək
Artan sərnişin tələbatını qarşılamaq üçün 24 və 25 oktyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.
Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz.
