Bərdə-Ağdam-Xankəndi yolunda qəza olub, xəsarət alanlar var
Bərdə-Ağdam-Xankəndi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, qəza Uzundərə ərazisində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır
