Bərdədə 17 yaşlı gənc ağır qəza törətdi
1 min read

Bərdədə 17 yaşlı gənc ağır qəza törətdi

Bərdə rayonunda avtomobil qəzası baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə “588 saylı qəsəbə” adlanan ərazidə qeydə alınıb.

Belə ki, qəsəbə sakini – 17 yaşlı Şirin Səfərzadə VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın elektrik dirəyinə çırpılıb.

Yeniyetmə xəsarət alaraq, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.