Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə ÖLDÜ
1 min read

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə ÖLDÜ

Marneulidən olan gənc Urekidə dənizdə boğularaq həyatını itirib.

Canlixeber.com MarneuliNews.ge-yə istinadən xəbər verir ki, Urekidə baş verən faciə nəticəsində Marneuli bələdiyyəsinin Ağməmmədli kənd sakini, 21 yaşlı Elnur Nəbiyev həyatını itirib.

Qeyd edək ki, iyunun 18-də Urekidə Qara dənizdə güclü axın Marneuli bələdiyyəsindən olan dörd gənci aparıb. Xilasedicilər onların hamısını sudan çıxarsalar da, gənclərdən birinin həyatını xilas etmək mümkün olmayıb.