Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatında Portuqaliyaya qalib gəlib
1 min read

Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatında Portuqaliyaya qalib gəlib

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

Canlixeber.com xəbər verir ki, Xorvatiyada təşkil olunan qitə birinciliyində yığma Portuqaliya ilə üz-üzə gəlib.

Azərbaycan millisi bu görüşdə rəqibinə qalib gəlib – 52:50.

Görüşün ən dəyərli basketbolçusu (MVP) 18 xal, 12 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Millimiz 2 qələbə, 2 məğlubiyyətlə qrupda 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, komanda qrupda daha əvvəl keçirdiyi görüşlərdə Polşa millisinə 60:70, İslandiyaya 56:95 hesabı ilə məğlub olub, Ukraynanı (77:68) üstələyib.