Azərbaycan minifutbol millisi Avropa çempionatında yarımfinala yüksəlib
1 min read

Azərbaycan minifutbol millisi Avropa çempionatında yarımfinala yüksəlib

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Canlixeber.com xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/4 finalda Çexiya seçməsi ilə qarşılaşıb.

“Tipos Arena”da oynanılan görüş komandamızın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, millimiz yarımfinala vəsiqə qazanıb.