Ağsuda oğurluq edən şəxs həbs olunub
1 min read

Ağsuda oğurluq edən şəxs həbs olunub

Ağsu rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törətməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 35 yaşlı Teymur Rəhimov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb.Məhkəmənin qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.