Ağstafanın bu kəndində sel gəlib
Gecə saatlarında Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sel gəlib.
Canlixeber.com xəbər verir ki, yağışdan sonra gələn sel suları bir sıra problemlər yaradıb.
Arxların daşması nəticəsində kəndarası yollar keçilməz olub.
Sel suları sakinlərin həyətyani sahələrini də basıb.
Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Əraziyə ağır texnikalar cəlb olunub. Təmizlənın arxların kənarına bəndlər vurulur.
