Ağstafada kafedə iki qardaş qan tökdü
Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini, 2003-cü il təvəllüdlü N.Vəliyev və qardaşı 2005-ci il təvəllüdlü X.Vəliyev bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər sərxoş vəziyyətdə özlərinə xəsarət yetiriblər.
Faktla bağlı araşdırma aparılır.
