Abşeronda evdə 31 yaşlı kişinin meyiti tapıldı
Abşeron rayonunda 31 yaşlı kişinin meyiti tapılıb.
Canlixeber.com xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Rayon sakini, 1995-ci il təvəllüdlü Neyman Nəriman oğlu Məmmədovun meyiti yaşadığı evdə aşkarlanıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
