Yevlaxda avtomobil məktəblini vurdu
1 min read

Yevlaxda avtomobil məktəblini vurdu

Yevlaxda avtomobil məktəblini vurub.

Canlixeber.com xəbər verir ki, hadisə şəhərin mərkəzi hissəsində – Nizami prospektində baş verib. 1989-cu il təvəllüdlü İslam Süleymanov idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən piyada, 2010-cu il təvəllüdlü Sahib Qarayevi vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, S.Qarayev Yevlax şəhərində orta məktəblərdən birinin 10-cu sinif şagirdidir.