Ağdaşda ağır qəza baş verib, bir nəfər ölüb
Ağdaşda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, bu gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı iki yük avtomobili toqquşub.
Nəticədə “Mercedes Atego” markalı avtomobilin sürücüsü – 46 yaşlı Cabbar Cabbarov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
