Oğuzda minik maşını aşıb: 7 YARALI VAR
1 min read

Oğuzda minik maşını aşıb: 7 YARALI VAR

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Kərimli kəndi ərazisində qeydə alınıb.

Sürücünün idarəetməni itirməsi nəticəsində “Mercedes” markalı, 10-XS-235 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində yeddi nəfərin yüngül xəsarətlə xəstəxanaya müraciət etdiyi bildirilir.