Tovuzda iki maşın toqquşdu: Dördü qadın olmaqla beş yaralı var
1 min read

Tovuzda iki maşın toqquşdu: Dördü qadın olmaqla beş yaralı var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Rayonun Əhmədabad kəndində minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (dörd qadın, bir kişi) 25.08.2026-cı il tarixində saat 09:40-da Tovuz Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilib.