Gəncədə domino oynayarkən başlayan mübahisə QƏTLƏ SƏBƏB OLDU
1 min read

Gəncədə domino oynayarkən başlayan mübahisə QƏTLƏ SƏBƏB OLDU

Gəncədə baş verən qətlin bəzi təfərrüatı məlum olub.

Canlixeber.com xəbər verir ki, qətlə yetirilən 65 yaşlı M.Musayevlə hadisəni törətməkdə şübhəli bilinən 66 yaşlı N.İsgəndərov arasında çayxanada domino oynayarkən mübahisə yaranıb.

Çayxanada olan digər şəxslər tərəfləri sakitləşdiriblər. Lakin bir müddət sonra onların arasında yenidən mübahisə düşüb.

Bu zaman N.İsgəndərov M.Musayevə bıçaqla xəsarət yetirib.

M.Musayev xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hər iki şəxs bir-birini tanıyıb və hadisənin baş verdiyi çayxanaya tez-tez domino oynamağa gediblər.