Xırdalandakı qətlə görə iki nəfər saxlanıldı
Abşeron rayonunda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Canlixeber.com xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, hadisə avqustun 19-da Abşeron rayonunun Xırdalan şəhəri, Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.
1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
