Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb
1 min read

Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 36 yaşlı İlkin Əbdürəhmanov saxlanılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.