FHN: Ötən həftə 13 nəfərin meyiti təhvil verilib
1 min read

FHN: Ötən həftə 13 nəfərin meyiti təhvil verilib

Ötən həftə ərzində 685 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma, 6 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 46 nəfər xilas edilib, yanğınlar zamanı 5 nəfər xəsarət alıb, 13 nəfərin meyiti təhvil verilib.