İsmayıllıda kanaldan 77 yaşlı kişinin meyiti tapıldı
1 min read

İsmayıllıda kanaldan 77 yaşlı kişinin meyiti tapıldı

İsmayıllı rayonunda kanaldan meyit tapılıb.

Canlixeber.com xəbər verir ki, hadisə Şirvan kanalının İsmayıllı rayonu ərazisindən keçən hissəsində baş verib.

Tapılan şəxsin Göyçay rayon sakini, 1949-cu il təvəllüdlü Tahir Quliyev olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.