Ermənistan Kərki kəndini Azərbaycana qaytaracaq
Ermənistan hökuməti Konstitusiya dəyişikliyinə dair referendumundan sonra anklavlar məsələsini müzakirə etməyə başlayacaq.
Canlixeber.com xəbər verir ki, bu barədə “Hraparak” ölkənin rəsmi mənbələrinə istinadla məlumat yayıb.
Nəşr yazıb ki, əsas müzakirə mövzusu Azərbaycanın sərhəddə yerləşən anklavı Kərki ilə bağlıdır. Mənbə qeyd edib ki, Nikol Paşinyan hökuməti hələlik məsələnin müzakirəsini təxirə salmaq qərarına gəlib, çünki referendumdan əvvəl kəndin Azərbaycana qaytarılması hakimiyyətin daxildəki nüfuzuna ciddi ziyan vuracaq və bu, Konstitusiya dəyişikliyi planını poza bilər.
“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının bəzi üzvləri Kərkinin Başkəndlə dəyişdirilməsində israr edirlər. Amma Baş nazir Nikol Paşinyan buna qarşı çıxır”, – nəşr qeyd edib.
Xatırladaq ki, Ermənistan Naxçıvan Muxtar Respublikasının Kərki kəndi ilə yanaşı, Qazax rayonunun Sofulu, Yuxarı Əskipara və Barxudarlı yaşayış məntəqələrini də Azərbaycana qaytarmalıdır.
