“Sabah”ın sabiq futbolçusu “Araz-Naxçıvan”da
“Araz-Naxçıvan” Bosniya və Herseqovinadan olan Boyan Letiçlə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
33 yaşlı futbolçu 2026/2027 mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək.
Sol cinah müdafiəçinin son klubu “Sabah” olub. O, müxtəlif illərdə “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və “Mirandeş” klublarında da forma geyinib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Mamadu Kane, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
