“Sumqayıt” – “Neftçi” matçının məkanı dəyişdi
1 min read

“Sumqayıt” – “Neftçi” matçının məkanı dəyişdi

Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” görüşü Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq.

Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisi məlumat yayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə I turda baş tutacaq “Sumqayıt” – “Neftçi” qarşılaşmasının digər stadionda keçirilməsinə qərar verilib.

Qeyd edək ki, Premyer Liqanın 2026/27 mövsümünə avqustun 14-də start veriləcək.