Balakəndə üç avtomobil toqquşdu: Ölənlər və xəsarət alanlar var
1 min read

Balakəndə üç avtomobil toqquşdu: Ölənlər və xəsarət alanlar var

Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Balakən şəhəri ərazisində baş verib.

məlumata görə, hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü, Balakən rayon Katex kənd sakini Məryəm Kamil qızı Hoorsova və “Toyota”da olan sərnişin, Balakən rayonunun Sarıbulaq kənd sakini Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüblər.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı da bildirilir.