Cəlilabadda avtomobil qəzası olub, xəsarət alanlar var
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com, hadisə Soltankənd-Zəhmətabad avtomobil yolunda qeydə alınıb.
Belə ki, BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşıb. Qəza zamanı avtomobildə olan 4 nəfər; – Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Qafarov Elbrus Fərman oğlu, Sumqayıt şəhər sakinləri – 2003-cü il təvəllüdlü Qafarova Zəhra Əlizamin qızı, 2012-ci il təvəllüdlü Qafarov Samir Seymur oğlu və 2025-ci il təvəllüdlü Məmmədova Məryəm Əmir qızı xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
