“Sumqayıt” braziliyalı futbolçu Lukas Blakı transfer edib
“Sumqayıt” braziliyalı futbolçu Lukas Blakı transfer edib.
Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.
Sumqayıt təmsilçisi 26 yaşlı barziliyalı yarımmüdafiəçinin ilk xarici klubudur. O karyerası ərzində yalnız ölkəsinin komandalarında çıxış edib.
Qeyd edək ki, tam adı Lukas Qabriel de Oliveyra olan futbolçu son dəfə Braziliyanın D Seriyasında çıxış edən “Ferroviario”da forma geyinib.
