Bilgəhdə dənizdə bir nəfər batıb
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km kənarda nəzarətsiz ərazidə bir nəfər batıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Hazırda vətəndaş – 2001-ci il təvəllüdlü Nizami Kərimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
