Hövsanda ağır QƏZA: Ölən var
1 min read

Hövsanda ağır QƏZA: Ölən var

Suraxanı rayonunun Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə saat 02:30-da Zığ-Hövsan körpüsünün altında, MİDA Hövsan yaşayış kompleksinin və “Akkord” qarajının yaxınlığında baş verib.

Qəzaya uğrayan 77-NK-513 dövlət qeydiyyat nişanlı, VAZ-2107 avtomobilinin sürücüsü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən həyatını itirib.

Bildirilir ki, dünyasını dəyişən şəxsin adı Nicatdır və Hövsan sakini olub.