Martin Knejeviç “Gəncə” basketbol klubuna baş məşqçi təyin olunub
1 min read

Martin Knejeviç “Gəncə” basketbol klubuna baş məşqçi təyin olunub

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi məlum olub.

Canlixeber.com xəbər verir ki, “Sarı-göylər”i ABŞ-dən olan Martin Knejeviç çalışdıracaq.

47 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.

Qeyd edək ki, M.Knejeviç 12 illik peşəkar məşqçi karyerasında vətənindən başqa 7 ölkədə işləyib. O, Kanada, Danimarka, Rumıniya, Livan, Vyetnam, Meksika və Çində fəaliyyət göstərib. NBA-də çıxış edən bir çox oyunçu ilə çalışan mütəxəssis “Dallas Mavriks” və “Klivlend Kavalyers” kimi klublarda iş təcrübəsinə malikdir.