Samuxda çobanın meyiti aşkarlandı
Samuxda sahədə çobanın meyiti tapılıb.
Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kəndlərdən birində qeydə alınıb.
Füzuli kənd sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun yataqlardan birində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əmıkdaşları cəlb olunub. 57 yaşlı şəxsin çobanlıqla məşğul olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma başlanılıb.
