Lerikdə “Niva” aşıb
Lerik rayonunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Cənlixeber.com xəbər verir ki, hadisə bu gün saat 08:30-da Lerik-Lənkəran yolunun 37-ci kilometrliyində, Peştətük kəndi ərazisində baş verib.
Lerik rayon sakini Aslan Cəbiyev idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Avtomobildə sürücü tək olub və yüngül bədən xəsarətləri alıb.
