FHN: Ötən həftə 672 yanğına çıxış olub, 9 meyit aşkarlanıb
1 min read

FHN: Ötən həftə 672 yanğına çıxış olub, 9 meyit aşkarlanıb

Ötən həftə 672 yanğına çıxış olub.

Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 672 yanğına çıxış, 48 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 55 nəfər xilas edilib, 30 nəfər təxliyə olunub, 9 nəfərin meyiti təhvil verilib.