Gəncədə 20 yaşlı gənc bıçaqlanıb
1 min read

Gəncədə 20 yaşlı gənc bıçaqlanıb

Gəncədə Xan Bağı istirahət parkının yaxınlığında 20 yaşlı gənc bıçaqlanıb.

Canlixeber.com xəbər verir ki, 2006-cı il təvəllüdlü Sərxan İsmayılov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi istiqamətində Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.