Yasamalda kişi yol-nəqliyyat hadisəsi zamanı ölüb
1 min read

Yasamalda kişi yol-nəqliyyat hadisəsi zamanı ölüb

Yasamalda ölümlə nəticələnən yol qəzası olub.

Canlixeber.com xəbər verir ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Əlizadə Rüstəm Nizami oğlu xəsarət alıb.

Xəsarətlərlə xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.