Ağdaşda “Mercedes” yanıb kül oldu
1 min read

Ağdaşda “Mercedes” yanıb kül oldu

Ağdaş rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Hüseyn Bəkir oğlu Həsənovun idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunublar.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.