Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib
1 min read

Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana rusiyamənşəli propan qazı daşıyan 30 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Canlixeber.com xəbər verir ki, bu ölkəyə çəkisi 1 026 ton olan propan qazı göndərilib.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.