Azərbaycanda sabiq məhkəmə sədri vəfat etdi
1 min read

Azərbaycanda sabiq məhkəmə sədri vəfat etdi

Vəkillər Kollegiyasının üzvü, sabiq məhkəmə sədri Rafiq Miriyev vəfat edib.

Canlixeber.com xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R.Miriyev 1948-ci ildə anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Ali məktəbi bitirdikdən sonra 10 ilə yaxın daxili işlər orqanlarında müstəntiq, baş müstəntiq işləyib.

R.Miriyev 1981-1987-ci illərdə indiki Xəzər Rayon Məhkəməsinin hakimi, 1987-2000-ci illərdə Qaradağ Rayon Məhkəməsinin sədri, 2000-2007-ci illlərdə isə Suraxanı Rayon Məhkəməsinin sədri olub.

O, 2009-cu ildən Vəkillər Kollegiyasının üzvü idi.