Sarıqayada silah-sursat aşkar edilib
Sumqayıt şəhəri, Novxanı çimərliyinin Sarıqaya adlanan ərazisində silah-sursat aşkar olunub.
Canlixeber.com xəbər verir ki, qeyd olunan ərazidə istifadəyə yararlı 1 ədəd 7,62 mm çaplı “AK-47” markalı avtomat silahı, silaha məxsus 1 ədəd daraq və 38 ədəd patron tapılıb.
Aşkar olunan silah-sursat aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
