Ağdamda mağazaya ildırım düşüb: Yanğın başlayıb
Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.
Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında rayonun Qaradağlı kəndində qeydə alınıb.
Məlumata görə, ildırım kənd sakini Fikrət Soltan oğlu İbadova məxsus mağazaya düşüb. Nəticədə mağazada yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, həmçinin yanğınsöndürmə texnikaları cəlb olunub. Operativ müdaxilə nəticəsində alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.
