Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.
2008-ci il təvəllüdlü İlkin Hüseynov idarə etdiyi VAZ markalı avtomobillə həmkəndlisi, piyada, 1964-cü il təvəllüdlü Ramazan Əliyevi vurub. Yaralı xəstəxanaya aparılsa da, 62 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
