Goranboyda ağır qəzada iki nəfər öldü
Goranboy rayonunda ağır yol qəzası baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
“VAZ 2107” markalı avtomobillə “VAZ 2106” markalı maşınların toqquşması nəticəsində iki nəfər ölüb təxminən 6 nəfər yaralanıb.
Yaralılar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.
