Bu tarixdə Dəmiryol Muzeyinə giriş pulsuz olacaq
18 May — Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dəmiryol Muzeyində “Açıq qapı” günü keçiriləcək.
Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, ziyarətçilər Azərbaycanın dəmir yollarının tarixi ilə tanış olmağa, keçmişlə bu gün arasında qurulan yolu birlikdə kəşf etməyə dəvət edilir. Muzeyə giriş sərbəstdir.
Qeyd edək ki, bu il “Muzeylər bölünmüş dünyanı birləşdirir” mövzusu ilə qeyd olunan Beynəlxalq Muzeylər Günü mədəniyyətin insanları bir araya gətirən gücünü ön plana çıxarır.
