Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi
1 min read

Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi

Gəncədə saxlanılan vergi müfəttişi həbs olunub.

Canlixeber.com xəbər verir ki, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı olan Rüfət Famlet oğlu Alıyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə cinayət işi açılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən R.Alıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verilib.

Məhkəmənin 29 oktyabr tarixli qərarı ilə Rüfət Alıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Lakin məlumata görə, o, həmin qətimkan tədbirindən apellyasiya şikayəti verib.