Yeni Suraxanı-Hövsan dəmir yolu xətti bərpa edilir – İşlərə başlanıldı
1 min read

Yeni Suraxanı-Hövsan dəmir yolu xətti bərpa edilir – İşlərə başlanıldı

“Yeni Suraxanı-Hövsan xətti üzrə layihələndirmə işlərinə başlanılıb”.

Canlixeber.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Qeyd olunub ki. Azərbaycan Dəmir Yolları “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirir.

“Dövlət Proqramında Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Qaradağ-Güzdək dəmir yolu xətləri ilə yanaşı, Yeni Suraxanı-Hövsan xəttinin bərpası nəzərdə tutulur.

Qeyd olunan dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb”.