Cəlilabadda bir yaşlı uşaq qaynar suda yandı
Cəlilabad rayonunda bir yaşlı uşaq qaynar suda yanıb.
Canlixeber.com Oxu.az-a istinadla xəbər verir ki, hadisə mayın 30-da rayonun Alar kəndində baş verib.
Kənd sakini 2025-ci il təvəllüdlü Əli Quluzadə yaşadığı evdə olarkən üzərinə qaynar su tökülüb.
Azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
