Bakı-Qəbələ-Bakı istiqamətində əlavə qatar reysləri təşkil ediləcək
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd qeyri-iş günündə sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil olunacaq.
Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Biletləri ADY-nin saytından, mobil tətbiqindən və ya dəmiryol kassalarından əldə edə bilərsiniz.
