Ağcabədidə qadın meyiti tapılıb
1 min read

Ağcabədidə qadın meyiti tapılıb

Ağcabədi rayonunda su kanalından qadın meyiti tapılıb.

Canlixeber.com xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının Təzəkənd kəndi yaxınlığındakı hissəsində qeydə alınıb.

Araşdırmalar zamanı suda tapılan meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovaya aid olduğu müəyyənləşdirilib.

Meyit aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.