Tramp: “Putin Ermənistan-Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi”
1 min read

Tramp: “Putin Ermənistan-Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi”

“Azərbaycan və Ermənistan arasında 32 il davam edən münaqişəni 2 günə həll etdim”.

Canlixeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

“Prezident Putin buna inana bilmirdi. O mənə dedi ki, 10 il ərzində bu münaqişəni həll etməyə çalışıb, amma buna nail ola bilməyib. Mən isə bunu iki gün ərzində etdim”, – deyə Ağ Ev rəhbəri bildirib.