Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təşkil ediləcək
Artan sərnişin tələbatını qarşılamaq üçün 10 və 11 oktyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.
Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
